UEFA avrokuboklarda cari mövsümün gələcəyi ilə bağlı qərar verməyə hazırlaşır.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab görüşləri çərçivəsində keçirilməli olan "Mançester Siti" - "Real" (ilk oyun - 2:1) və "Yuventus" - "Lion" (ilk oyun - 0:1) oyunlarını avqustun 7-nə təyin edəcək. Bir gün sonra - 8 avqustda isə "Barselona" - "Napoli" (ilk oyun - 1:1) və "Bavariya" - "Çelsi" (ilk oyun - 3:0) matçları oynanılacaq.
Qurumun məsələ ilə bağlı rəsmi qərarını 27 mayda açıqlayacağı gözlənilir.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol