"Monpelye” 42 yaşlı müdafiəçisi Hiltonla yeni müqavilə bağlayıb.
Fanat.Az xəbər verir ki, braziliyalı oyunçu Fransa klubunun saytına açıqlama da verib:
"2019/20 sezonunun mənim üçün sonuncu olmayacağını bilmək çox sevindiricidi. Elə buna görə keçirdiyim mövsümlərin ən gözəlidi. Əvvəllər heç 40 yaşıma qədər oynayacağıma inanmırdım. Amma 43 yaşadək top qovmaq fürsəti qeyri-adi bir şeydi. Karyeramın sonuncu mövsümünün hər anından zövq almağa çalışacam”.
Cənubi amerikalı futbolçu 2011-ci ildən "Monpelye”dədi. 321 oyuna çıxan müdafiəçi klub tarixində bu göstəriciyə görə üçüncüdü.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol