"Lokomotiv"in sabiq baş məşqçisi Yuri Syomin Kiyev "Dinamo"sunu çalışdıra bilər.
Fanat.Az Dynamo.kiev.ua saytına istinadən xəbər verir ki, Syomin "Dinamo"nun baş məqşçi postuna əsas namizədlərdən biridi. 73 yaşlı mütəxəssis və Kiyev klubunun prezidenti İqor Surkis arasındakı problemlər artıq həllini tapıb və münaqişə tamamilə unudulub.
Syomin 2007-2009 və 2010-2012-ci illər aralığında "Dinamo"nu çalışdırıb. Komanda onun rəhbərliyi altında Ukrayna çempionu olmaqla yanaşı, ölkə Superkubokunu qazanıb və UEFA Kubokunda yarımfinala kimi irəliləyib.
Qeyd edək ki, rus məşqçi 2013-14 mövsümündə "Qəbələ"nin baş məşqçisi olub.
Fanat.Az