Portuqaliya çempionatının 25-ci turu çərçivəsində "Tondela" ilə oynanılan matçdan (0:0) sonra "Benfika" futbolçularını və heyət üzvlərini daşıyan avtobus daşqalaq edilib.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə avtobus "Eştadiu Da Luş" stadionundan məşq mərkəzinə gedərkən baş verib. Xəsarət alan futbolçular - Yulian Vayql və Andriya Jivkoviç xəstəxanaya aparılıblar.
"Benfika" hadisəni törədən şəxslərin kimliklərini müəyyənləşdirmək üçün təhlükəsizlik orqanları ilə əməkdaşlığa hazır olduğunu bəyan edib.
"Benfika" "Tondela"nı məğlub edəcəyi təqdirdə "Portu" ilə xal fərqini ikiyə çatdıracaqdı. Hazırda hər iki komandanın 60 xalı var. "Qartallar" sadəcə əlavə göstəricilərə görə "Portu"nu qabaqlayır.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol