Hazırda "Mançester Yunayted" icarə əsasında çıxış edən, transfer hüququ "Şanxay Şenhua" klubuna məxsus olan Odion İqalo irqi ayrıseçkiliklə bağlı danışıb.
Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, nigeriyalı futbolçu irqçi təhqirlərə məruz qalacağı təqdirdə, meydanı tərk edə biləcəyini istisna etməyib:
"Bundan sonra başıma belə bir şey gəlsə, ilk növbədə hakimi məlumatlandıracam. O, tədbir görməsə, onda meydanı tərk edəcəm. İrqçiliyə dözmək olmaz. Hamımız insanıq.
Çində bir dəfə bənzər hadisə olmuşdu. Hakimə müraciət etdim, amma o, reaksiya vermədi. Onda qarşılaşmadan sonra onun əlini sıxmamaqdan başqa çarəm yox idi".
MY İqalonun icarə müqaviləsini 2021-ci ilin yanvarına kimi uzadıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol