Almaniya Bundesliqasında XXX turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, lider "Bavariya" bu gün "Bayer"in qonağı olub. 6 qolun vurulduğu oyunda Münhen təmsilçisi qələbə qazanıb - 4:2.
"Bavariya"nın qollarına Kinqsli Koman, Leon Qoretska, Serj Qnabri və Robert Levandovski imza atıb. "Bayer"in heyətində isə Lukas Alario və Florian Virts fərqlənib.
Qeyd edək ki, "Bavariya" 30 turdan sonra 70 xalla turnir cədvəlinə başçılıq edir. "Bayer" isə 56 xalla 5-ci pillədədi.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol