"Mançester Siti"nin vingeri Rahim Sterlinq irqçiliklə bağlı danışıb.
Fanat.Az xəbər verir ki, Sterlinq BBC-yə açıqlamasında qeyd edib:
"Hazırda insanların mübarizə apardığı yeganə xəstəlik irqçilikdi. Bundan vacibi yoxdu, çünki illərdi davam edir.
Belə hallar baş verəndə mən işim barədə düşünmürəm. Sadəcə doğrular məni maraqlandırır.
İrqçilik artıq 100 illərdi davam edir. İnsanlar yorulublar, dəyişməyə hazırdılar. Bu barədə danışmağa davam etdikcə insanların sosial şəbəkələr vasitəsilə dəstəyini hiss edirəm. Amma təkcə danışmaq kifayət etmir, daha çoxuna ehtiyacımız var.
Real dəyişikliklər lazımdı. Nələrin dəyişməli olduğunu müəyyənləşdirməliyik. Mən bu istiqamətdə çalışmalarıma davam edəcəm. Debatların təşkili istisna deyil. Futbol dünyasını təmsil edənləri bərabərhüquqlu cəmiyyət formalaşdırmaq üçün düşünməyə vadar etmək niyyətindəyəm".
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol