"Ayaks"ın yarımmüdafiəçisi Donni van de Bekin "Real"a keçidi baş tutmayacaq.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, van de Bek karyerasını "Real"da davam etdirmək istəsə də, Madrid təmsilçisi onun transferindən imtina edib. Buna səbəb klubun transferə ayıracaq büdcəsinin olmamasıdı.
Artıq "Real"ın rəhbərliyi 23 yaşlı futbolçunun menecerini bu barədə məlumatlandırıb. Van de Bekin "Mançester Yunayted"ə keçəcəyi gözlənilir. Son məlumatlara görə, MY niderlandlı oyunçuya görə 40 milyon avro təklif edib.
2019-2020 mövsümündə 37 matçda meydana çıxan van de Bekin aktivində 10 qol, 11 məhsuldar ötürmə var.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol