"Breşiya"nın hücumçusu Mario Balotelli klubun bazasına daxil ola bilməyib.
Fanat.Az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, "Breşiya" səhər məşqinə yollanan Balotellini bazaya buraxmayıb. Daha əvvəl klubun 29 yaşlı futbolçu ilə müqaviləni pozmaq istədiyi, lakin onun bu istəyə qarşı çıxdığına dair məlumat yayılmışdı.
Balotelli ötən yay azad agent kimi "Breşiya"ya keçmişdi. Onun müqaviləsi 2022-ci ilə kimi nəzədə tutulub.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol