Almaniya Kubokunda yarımfinal mərhələsinə start verilib.
Fanat.Az xəbər verir ki, "Saarbrükken" və "Bayer" üz-üzə gəlib. Görüş qonaqların üstünlüyü şəraitində keçib. Hesabı 11-ci dəqiqədə Mussa Diabi açıb. Çox keçməmiş Lukas Alario fərqi artırıb. Matça son nöqtəni isə Kərim Belyarabi qoyub. Beləliklə, "Saarbrükken"i 3:0 hesabı ilə məğlub edən "Bayer" Almaniya Kubokunda ilk finalçı olub.
Almaniya Kuboku
Yarımfinal
"Saarbrükken" - "Bayer" - 0:3
Qollar: Diabi (11), Alario (19), Belyarabi (58)
Leverkuzen təmsilçisinin finaldakı rəqibinin adına bu gün aydınlıq gələcək. "Bavariya" "Ayntraxt"la qarşılaşacaq.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol