Kriştianu Ronaldunun mövsümün sonunda "Yuventus"u tərk etmək ehtimalı yenidən gündəmə gəlib.
Fanat.Az xəbər verir ki, jurnalist Pyetro Baltsano "Twitter" hesabında növbəti dəfə Ronaldunun Turin klubundan ayrıla biləcəyini yazıb:
"Daha öncə dediklərimi təkrarlayıram: mövsümün sonunda "Yuventus" və Ronaldu yolları ayıra bilər. Hələlik rəsmi bir şey yoxdu. Bu məsələni dəqiqləşdirmək üçün çalışmağa davam edirəm".
Portuqaliyalı futbolçu 2018-ci ilin yayında 117 milyon avro qarşılığında "Real"dan "Yuventus"a transfer olmuşdu. 35 yaşlı ulduzun müqaviləsi 2022-ci ildə başa çatır.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol