Fransa Futbol Liqası koronavirus pandemiyası səbəbindən Liqa 1-in erkən başa çatmasına dair qərar qəbul etmişdi. Turnir cədvəlinin yekun vəziyyəti əsas götürülmüş, son iki pillədə qərarlaşan "Amyen" və "Tuluza" klubları Liqa 2-yə göndərilmişdi.
Sözügedən klublar daha sonra məsələ ilə bağlı Dövlət Şurasına şikayət ünvanlamışdılar.
Fanat.Az "France Football"a istinadən xəbər verir ki, məhkəmə "Amyen" və "Tuluza"nı tələblərində haqlı sayıb.
Beləliklə, Liqa 1 ilə bağlı verilən qərarda dəyişiklik ediləcək. "Amyen" və "Tuluza" növbəti mövsümdə də çempionatda mübarizə apara biləcəklər. 2020-2021 mövsümündə Liqa 1-in 22 komandanın iştirakı ilə keçiriləcəyi gözənilir.
Çempionatın dayandırılmasına qarşı çıxan "Lion"un şikayəti isə təmin edilməyib.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol