"Arsenal"ın futbolçuları "Brentford"la sınaq oyunundan öncə Black Lives Matter (Qaraların həyatı önəmlidi) aksiyasını dəstəkləyiblər.
Fanat.Az xəbər verir ki, oyunçular üzərində antirasist lozunqlar olan qara futbolkalar geyiniblər. London təmsilçisinin üzvləri ABŞ-da məlum polis zorakılığı üzündən həyatını itirən Cord Floydun xatirəsini dizi üstə çökərək anıblar.
Fotolar klubun rəsmi "Twitter" hesabına yerləşdirilib.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol