Maurisio İsla "Fənərbağça"dan ayrılıb.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilib. İslanın sözləşməsinin bitməsinə bir ay yarım qalmışdı.
Jurnalist Nikolo Skiranın məlumatına görə, çilili futbolçu hazırda "Boka Xuniors"la danışıqlar aparır. İslanın ölkəsində "Universidad Katolika" formasını geyinmək ehtimalı da istisna deyil.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol