Koronavirus pandemiyası İngiltərə Premyer Liqasında çıxış edən klublara böyük itkilər hesabına başa gələcək.
Fanat.Az "BBC Sport"a istinadən xəbər verir ki, Premyer Liqa klublarının maliyyə vəziyyətini təhlil edən "Deloitte" konsaltinq şirkəti 2019-20 mövsümünün sonunda 20 komandanın toplam gəlirlərinin 1 milyard funt azalacağı qənaətinə gəlib.
Çempionatda fasilənin yaranması, qalan 92 oyunun azarkeşlərsiz keçiriləcəyinə dair verilən qərar və teleyayım şirkətlərinə ödəniləcək təzminatlar klubların maliyyə vəziyyətinə təsir göstərən əsas detallardı.
"Mançester Yunayted" ötən ay pandemiya dövründə 28 milyon funt sterlinq itirdiyini açıqlamışdı. Lakin bu məbləğin daha da böyük olacağı gözlənilir.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol