"Barselona"nın vingeri Ansu Fati karyerasını İngiltərədə davam etdirə bilər.
Fanat.Az "Daily Express"ə istinadən xəbər verir ki, "Mançester Yunayted" Fatinin xidmətində maraqlıdı. MY rəhbərliyi Ceydon Sançonun transferindən imtina etmək və diqqətini 17 yaşlı futbolçuya yönəltmək niyyətindədi. Buna səbəb ingilis oyunçunun qiymətinin olduqca yüksək olmasıdı.
Cari mövsümdə 24 matçda meydana çıxan Fatinin aktivində 5 qol və 1 məhsuldar ötürmə var.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol