FİFA futbolçulara bir mövsüm ərzində 3 klubda oynamağa icazə verib.
Fanat.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu, müvəqqəti icazədir. Koronavrius pandemiyası ilə əlaqədar oyunçuların işsizlik riskini azaltmaq üçün bu qərar verilib. Müvəqqəti dəyişiklik artıq qüvvəyə minib.
Qeyd edək ki, buna qədər FİFA qaydalarına əsasən, futbolçu mövsüm ərzində yalnız iki klubda rəsmi oyunlara çıxa bilərdi.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol