"Liverpul"un mərkəz müdafiəçisi Vircil van Deyk klubla müqaviləsini uzatmağa hazırlaşır.
Fanat.Az "The Sun"a istinadən xəbər verir ki, van Deyk bu yaxınlarda PSJ-nin təklifini rədd edib. 28 yaşlı futbolçu uzun müddət "Liverpul"da çıxış etmək istəyir.
Van Deykin "qırmızılar"la sözləşməsini 5 il müddətinə uzadacağı gözlənilir. Niderlandlı oyunçunun həftəlik məvacibi 245 min avro olacaq. Hazırda o, həftəyə 200 min avro qazanır.
Belə olan halda, van Deyk "Liverpul" tarixinin ən çox maaş alan futbolçusuna çevriləcək. Daha öncə rekord (həftəlik 222 min avro) Məhəmməd Salaha məxsus idi.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol