"Arsenal"ın keçmiş futbolçusu, hazırda "Monreal İmpekt" klubunu çalışdıran Tyerri Anri Arsen Vengerlə bağlı fikirlərini bölüşüb.
Fanat.Az Goal.com-a istinadən xəbər verir ki, Anri Vengerlə aralarında ata-oğul münasibəti olduğunu bildirib:
"O, mənim atam kimi idi. Bəzən atanla mübahisə edirsən, üstünə qışqırırsan, sonra da o səni cəzalandırır... Belə bir münasibətimiz var idi. Bəzən çətin, bəzən gözəl... Bəzən ən yaxşı dostlar idik, bəzən isə ən pis düşmənlər... Birini sevəndə belə şeylər olur. Bir-birinizin qeydinə qaldığınız üçün mübahisələr yaranır".
Anri 1999-2007-ci illər aralığında Vengerin rəhbərliyi altında oynayıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol