PSJ-nin hücumçusu Edinson Kavaninin "İnter"ə keçidi baş tutmaya bilər.
Fanat.Az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, Kavani PSJ-dən ayrıldıqdan sonra yüksək məvacib almağa davam etmək niyyətindədi. 33 yaşlı futbolçu ilinə 12 milyon avro qazanmaq istəyir.
Mənbənin məlumatına görə, "İnter" Kavaninin bu şərtini qarşılamaq gücündə deyil. Hazırda danışıqlar dayanıb.
Cari mövsümdə Liqa 1-də 14 matçda meydana çıxan uruqvaylı forvard 4 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol