"Milan"ın keçmiş hücumçusu, hazırda "Benevento"nu çalışdıran Filippo İnzaqi Kriştianu Ronaldu və Lionel Messi haqda fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, Pippo "La Gazzetta dello Sport"a müsahibəsində qeyd edib:
"Həmişə oyunçularıma Ronaldunu örnək kimi göstərirəm. Çünki onun necə məşq etdiyini bilirəm.
Amma mən Ronaldu ilə Messiyə bir az əsəbiyəm. Onlara görə, Raul və mənim avrokuboklarda vurduğumuz qolların sayı insanlara az görsənir".
Avrokuboklarda 115 matçda meydana çıxan İnzaqinin aktivində 70 qol var.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol