"Arsenal"ın sabiq baş məşqçisi Arsen Venger "Barselona"nın heyətini daha bir hücumçu ilə gücləndirəcəyinə dair əminliyini ifadə edib.
Fanat.Az xəbər verir ki, Venger "beIN Sports"un efirində bu barədə danışıb:
"Barselona" həmişə ən yaxşıları transfer edir. Şəxsən mən Suaresin kiminləsə əvəzlənməli olduğunu düşünmürəm.
"Barsa" daha bir hücumçu transfer edə bilər. Düzdü, ön xəttdə əsas yük Suares və Messinin üzərinə düşür. Bununla belə, onların başqa bir qolçuya ehtiyacı yarana bilər.
Mən hələ də Qrizmannın qollarını sıralamağa başlayacağına inanıram. Sanki komandaya öyrəşməkdə çətinik çəkir. Bəlkə də, koronavirusla əlaqədar yaranan fasilədən Antuan yaxşı formada qayıdacaq. O da keyfiyyətli qolçudu. Amma mən "Barselona"nın daha bir hücumçu alacağından əminəm".
Qeyd edək ki, katalon klubu "İnter"in forvardı Lautaro Martinesi transfer etmək niyyətindədi.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol