PSJ-nin müdafiəçisi Leven Kürzava karyerasını İngiltərədə davam etdirə bilər.
Fanat.Az "France Football"a istinadən xəbər verir ki, "Çelsi" Kürzavanın xidmətində maraqlıdı. "Zadəganlar"in transferlə bağlı 27 yaşlı futbolçunun meneceri ilə əlaqə yaratdıqları bildirilir.
Kürzavanın PSJ ilə olan müqaviləsi yayda bitir. Fransız oyunçu komandadan ayrılacaq.
Daha öncə Kürzavanın "Arsenal"la anlaşdığına dair xəbərlər yayılmışdı.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol