"Yuventus"un baş məşqçisi Mauritsio Sarri İtaliya Kubokunun yarımfinal mərhələsinin cavab görüşləri çərçivəsində "Milan"la oynanılan matçın (0:0) yekunlarını dəyərləndirib.
Fanat.Az "Football Italia"ya istinadən xəbər verir ki, Sarri komandasının ilk yarım saatdakı oyununu xüsusi qeyd edib:
"Komandam məni yaxşı mənada təəccübləndirdi. İlk 30 dəqiqə ərzindəki oyunumuzdan çox razı qaldım. "Yuventus" rəqib azlıqda qalana kimi də topu sürətlə hərəkət etdirir, dominantlıq edirdi.
Qırmızı vərəqədən sonra tempimizi azaltdıq. Boş stadionda bu, bir az risklidi. Amma rəqibə oynamaq imkanı vermədik. Bu, bizim üçün pozitiv haldı.
Fiziki və mental olaraq 100% bərpa olmaq zaman alacaq. Düzü, hazırkı situasiya tipik mövsümöncəsi hazırlıqlardan daha pisdi, çünki fasilə uzun oldu. Ona görə bir az səbirli olmalıyıq. Bununla belə, ilk yarım saatda nümayiş etdirdiyimiz oyun gələcək adına ümid verdi. Əsas odur ki, finaldayıq.
Boş tribunalar önündə oynamaq məcburiyyətində olduğumuz üçün, bizim kimi, "Napoli" də ev sahibi üstünlüyünü itirib. Ona görə də digər cütün taleyinin həll olunduğunu demək olmaz".
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol