"Liverpul" İngiltərə Premyer Liqasında çempionluğunu rəsmiləşdirməyə yaxındı.
Fanat.Az "Daily Mirror"a istinadən xəbər verir ki, "Mançester Siti" futbolçuları "Liverpul" üçün "çempionluq dəhlizi" təşkil etməyə hazırdı. Komandalar iyulun 2-də qarşılaşacaqlar.
29 turdan sonra turnir cədvəlinin lideri olan "mersisaydlılar" bir oyun az keçirən ən yaxın izləyicisi - "Mançester Siti"ni 25 xal qabaqlayır. Yürqen Kloppun yetirmələrinin çempionluğu rəsmiləşdirmək üçün 6 xala ehtiyacı var. "Liverpul" "şəhərlilər"lə oyuna kimi "Everton" və "Kristal Pelas"la üz-üzə gələcək.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol