PSJ-nin idman direktoru Leonardo Neymar və Kilian Mbappenin bu yay Paris klubundan ayrılmayacaqlarını deyib.
Fanat.Az xəbər verir ki, "Journal du Dimanche" klub rəsmisinin söylədiklərini belə çatdırıb:
"Onların hər ikisi daha 2 il PSJ-yə məxsusdu. Gələcəkdə də nə etməli olduğumuzu bilirik. Mbappe klubumuzun gələcəyidi. Onunla müqavilə yeniləmək əsas hədəflərimizdəndi. Bu gün Ronaldunun 35, Messinin 32-33 yaşı var. Neymarla Mbappenin isə uyğun olaraq 28 və 21. Vəziyyəti mürəkkəbləşdirməyə nə ehtiyac var ki? Ulduzlarla iş birliyinə davam etməyin yolunu tapacağıq.
Neymarın "Barselona"ya keçmək variantı? Biz daha bu məsləni müzakirə etmirik. O, indiki klubunda xoşbəxtdi, əla mövsüm keçirib və özünü komandanın bir parçası sayır".
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol