Almaniyanın üçüncü divizionunda çıxış edən "Kayzerslautern"un fəaliyyətini davam etdirməsi sual altındadı.
Fanat.Az "Kicker"ə istinadən xəbər verir ki, rəhbərlik yığılmış 20 milyon avro borc səbəbindən klubu müflis elan etmək üçün ərizə vermək niyyətindədi. Kreditorlarla aparılan danışıqlar bir nəticə verməyib. Borcların olması "Kayzerslautern"in əsas problemi deyil. Klub hər il 5 milyon avro zərər edir. Buna görə də kənardan investorların cəlbi xəyali görünür.
Klubun müflis elan edilməsi barədə ərizə istənilən vaxt geri götürülə bilər. Bunun üçün kreditorlarla razılıq əldə edilməli və "Kayzerslautern"in sahibi dəyişməlidi.
Daha əvvəl Almaniya Futbol İttifaqı koronavirusla əlaqədar yaranan iqtisadi böhranın nəticələrini yüngülləşdirmək üçün, "Kayzerslautern"un hesabından 9 xal çıxılmasına dair qərarını ləğv etmişdi. Nəticədə klub regional liqaya düşmə zolağından uzaqlaşmışdı.
"Kayzerslautern" Almaniya çempionatının 4 qat (1951, 1953, 1991, 1998) qalibifi.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol