"Eybar"la görüş (3:1) "Real"ın baş məşqçisi Zinəddin Zidan üçün əlamətdar olub.
Fanat.Az La Liqanın "Twitter" hesabına istinadən xəbər verir ki, Zidan "Real"ın baş məşqçisi postunda çempionatda 90-cı qələbəsini qazanıb. Beləliklə, fransız mütəxəssis Leo Benhakkeri (89) geridə qoyaraq "kral klubu"nun tarixində Primeroda ən çox qalibiyyət sevinci yaşayan ikinci məşqçi olub.
Bu göstərici üzrə rekord (257 qələbə) Migel Munyosa məxsusdu.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol