PSJ-nin kapitanı Tiaqu Silva karyerasını "Tottenhem"də davam etdirə bilər.
Fanat.Az "The Sun"a istinadən xəbər verir ki, "Tottenhem"in baş məşqçisi Joze Mourinyu Silvanı sərəncamında görmək istəyir. Portuqaliyalı çalışdırıcı müdafiənin mərkəzini 35 yaşlı futbolçu ilə gücləndirmək niyyətindədi.
Silvanın yüksək məvacib tələbi keçidin reallaşmasına əngəl törədə bilər. Braziliyalı oyunçu PSJ-də həftəlik 350 min avro qazanır. Onun daha aşağı şərtlərlə razılaşacağı inandırıcı görünmür.
"Tottenhem"lə yanaşı, Silvanın adı "Arsenal" və "Everton"la da yanaşı hallanır.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol