"Qızıl oğlan" mükafatına namizədlər açıqlanıb.
Fanat.Az xəbər verir ki, 100 nəfərlik siyahıda Erlinq Holand, Ceydon Sanço (hər ikisi Dortmund "Borussiya"sı), Alfonso Deyvis ("Bavariya"), Kallum Hadson-Odoi ("Çelsi"), Meyson Qrinvud ("Mançester Yunayted"), Kertis Cons ("Liverpul"), Fil Foden ("Mançester Siti"), Ansu Fati ("Barselona"), Mamadu-Kali Sene ("Yuventus") və Daniel Maldini ("Milan") kimi futbolçuların adları yer alıb. Digər namizədlərlə
buradan tanış ola bilərsiniz.
"Qızıl oğlan" mükafatı "Tuttosport" nəşri tərəfindən 2003-cü ildə təsis edilib və hər il yaşı 21-dək olan ən yaxşı futbolçuya təqdim olunur. Ötən il Joau Feliş qalib olmuşdu.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol