İtaliya A Seriyasında 2020/21 mövsümünün başlayacağı tarix bəlli olub.
Fanat.Az "Sport Italia"ya istinadən xəbər verir ki, yeni mövsümün sentyabrın 12-də başlamasına qərar verilib. Qərar Liqa Şurası tərəfindən iyunun 15-də təsdiqlənəcək.
Qeyd edək ki, A Seriyasında koronavirusa görə mart ayından dayanıdırılan 2019/20 mövsümünün iyunun 20-də bərpa ediləcəyi açıqlanıb. Turnir cədvəlinə 26 turdan 63 xal toplayan "Yuventus" başçılıq edir. 62 xalı olan "Latsio" 2-cidi. "İnter" isə 54 xalla 3-cü pillədə qərarlaşıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol