Dortmund "Borussiya"sında icarə əsasında çıxış edən, "Real"ın cinah müdafiəçisi Əşrəf Hakimi karyerasını İngiltərədə davam etdirə bilər.
Fanat.Az "Cadena SER" radiosuna istinadən xəbər verir ki, "Mançester Siti" Hakiminin xidmətində maraqlıdı. Ötən həftə "şəhərlilər" məsələ ilə bağlı "Real"la əlaqə yaradıb.
İdman Arbitraj Məhkəməsinin (CAS) "Siti"nin Çempionlar Liqasındakı taleyi ilə bağlı verəcəyi qərarın mərakeşli futbolçunun mümkün transferinə birbaşa təsir edəcəyi bildirilir.
Cari mövsümdə Bundesliqada 31 matçda forma şansı əldə edən Hakimi 5 qol, 10 məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol