Almaniyanın ikinci Bundesliqasında 32-ci tura start verilib.
Fanat.Az xəbər verir ki, turnir cədvəlinin ikinci sırasında qərarlaşan "Hamburq" doğma meydanında "Osnabrük"lə 1:1 hesablı bərabərliyə razı olub. Beləliklə, aktivində 61 xalı və bir ehtiyat oyunu olan lider "Arminiya" Bundesliqaya vəsiqəni təmin edən ilk klub olub. Bilefeld təmsilçisi "Hamburq"u 7 xal qabaqlayır.
İkinci-üçüncü pillələr uğrunda "Hamburq"la yanaşı, "Ştutqart" və "Haydenhaym" (hər ikisinin 52 xalı var - Fanat.Az) mübarizə aparır.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol