"Bavariya"nın cinah müdafiəçisi Alfonso Deyvis "Verder"lə oyunda (1:0) Bundesliqanın sürət rekordunu qırıb.
Fanat.Az "Bleacher Report"a istinadən xəbər verir ki, matçın gedişində maksimal sürətini 36,51 km/saata çatdıran Deyvis rekordun yeni sahibi olub. Daha öncə ən yüksək göstərici (36,49 km/saat) Dortmund "Borussiya"sında icarə əsasında çıxış edən Əşrəf Hakimiyə məxsus idi.
19 yaşlı futbolçu "Verder"lə görüşü tamamlaya bilməyib. Deyvis 79-cu dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.
Qeyd edək ki, "Bavariya" qələbə sayəsində ardıcıl 8-ci, toplam isə 30-cu Almaniya çempionluğunu rəsmiləşdirib.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol