"Atletiko"nun qapıçısı Yan Oblak "Osasuna" ilə oyunda (5:0) növbəti dəfə qapısını toxunulmaz saxlayıb.
Fanat.Az "Opta"ya istinadən xəbər verir ki, Oblak La Liqa tarixində 100 "quru oyun"a ən tez çatan qolkiper olub. Sloveniyalı buna 182 matçda nail olub.
Daha öncə rekord (222 oyun) "Barselona" və "Atletiko"nun keçmiş qapıçısı Migel Reynaya məxsus idi.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol