UEFA Avropanı təmsil edən futbol assosiasiyalarına yay "transfer pəncərəsi"nin vaxtının oktyabrın 5-nə kimi uzadılmasını tövsiyə edib.
Fanat.Az xəbər verir ki, qurumun saytında bu barədə məlumat yerləşdirilib:
"2020-21 mövsümü üzrə avrokuboklara qatılmaq haqqı əldə edən klublar oktyabrın 6-na kimi iştirak ərizələrini təqdim edə bilərlər. UEFA İcraiyyə Komitəsi quruma üzv bütün assosiasiyalara yay "transfer pəncərəsi"nin bitmə vaxtı kimi 5 oktyabr tarixinin nəzərdə tutulmasını tövsiyə edib".
Adətən, Avropa liqalarında yay "transfer pəncərəsi" sentyabr ayının əvvəllərində bağlanırdı.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol