"Çelsi" "Bayer"in hücumameyilli yarımmüdafiəçisi Kay Havertsi transfer etməyə çalışır.
Fanat.Az "The Times" nəşrinə istinadən xəbər verir ki, Havertsin keçidi üçün maliyyə axtarışında olan "Çelsi" bu məqsədlə Nqolo Kanteni satmağa hazırdı. Lakin 21 yaşlı futbolçunun "Real"da oynamaq istədiyi və hətta "madridlilər"in təklifini qəbul etdiyi bildirilir.
"Çelsi" və "Real"la yanaşı, "Barselona", "Bavariya", "Mançester Yunayted" və "Nyukasl" da Havertsin xidmətində maraqlıdılar.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol