Məhkəmə PSJ-nin hücumçusu Neymarın imza haqqı qarşılığında nəzərdə tutulmuş bonuslara görə "Barselona"ya qarşı qaldırdığı iddianı təmin etməyib.
Fanat.Az katalon klubunun saytına istinadən xəbər verir ki, məhkəmənin qərarına görə, 28 yaşlı forvard "Barselona"ya 6,7 milyon avro ödəməli olacaq. Oyunçunun apellyasiya müraciəti etmək hüququ var.
Neymar "blauqrana"dan 43,6 milyon avro tələb edirdi. Braziliyalı futbolçu 2016-cı ildə klubla müqavilə yeniləyərkən imza haqqı qarşılığında ona bu qədər ödəniş ediləcəyinə dair vəd verildiyini iddia edir.
Neymar 2013-2017-ci illər aralığında "Barsa"da çıxış edib.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol