İngiltərə Premyer Liqasında çıxış edən və adı gizli saxlanılan klub Joau Felişə görə "Atletiko"ya 150 milyon avro təklif edib.
Fanat.Az Goal.com-a istinadən xəbər verir ki, "Atletiko" təklifi rədd edib. Feliş Madrid klubunun uzumüddətli planlarına daxildi.
20 yaşlı futbolçu 2019-cu ilin yayında 126 milyon avro qarşılığında "Benfika"dan transfer edilmişdi. Cari mövsümdə 29 matçda meydana çıxan Feliş 8 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
"Transfermarkt" portalı portuqaliyalı oyunçunun transferini 81 milyon avro dəyərində qiymətləndirir.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol