PSJ-nin müdafiəçisi Tiaqu Silva karyerasını İtaliyada davam etdirə bilər.
Fanat.Az jurnalist Canluka Di Martsionun saytına istinadən xəbər verir ki, "Fiorentina" Silvanın transferində maraqlıdı. Yaxın günlərdə tərəflərin danışıqlara başlayacağı bildirilir.
35 yaşlı futbolçu PSJ-nin müqavilə yeniləməmək qərarına görə məyusdu və bütün diqqətini yeni klub axtarışlarına yönəldib. "Fiorentina" ilə yanaşı, "Everton" da onu heyətinə qatmağa çalışır.
Silva 2012-ci ilin yayında 42 milyon avro qarşılığında "Milan"dan PSJ-yə transfer olmuşdu. Braziliyalı oyunçu 2019-20 mövsümündə 30 matçda meydana çıxıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol