17 yaşlı futbolçularla meydana çıxdılar, 10 qol buraxdılar - VİDEO
3 aylıq fasilədən sonra Rusiya Premyer Liqası bərpa olunub.
Fanat.Az xəbər verir ki, 23-cü tur çərçivəsində oynanılan "Soçi" - "Rostov" matçında baş verənlər böyük marağa səbəb olub. Qarşılaşma ərəfəsində qonaqların 6 üzvündə koronavirus aşkarlandığından, komanda karantinə götürülüb. Buna baxmayaraq, görüş oynanılıb. "Rostov" məcburiyyətdən gəncləri meydana buraxıb. Yaş ortalaması 17,2 olan komanda Rusiya çempionatında çıxış etmiş ən gənc kollektiv kimi tarixə düşüb.
Qarşılaşma "Soçi"nin 10:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu, RPL tarixinin ən böyükhesablı qələbəsidi.
"Rostov"un heyətində 15 seyvlə oynayan qolkiper Denis Popov matçın qəhrəmanı olub.