"Mançester Yunayted"in keçmiş kapitanı Roy Kin "Tottenhem"lə oyundakı (1:1) çıxışına görə Harri Maquayr və David de Xeanı sərt şəkildə tənqid edib.
Fanat.Az xəbər verir ki, Kin "Sky Sports"un efirində qeyd edib:
"Bu qol məni şoka saldı. İllərdi futbola baxıram. Qolun vurulmasına bu şəkildə imkan vermək olar? Baxdıqca hirslənirəm.
Bu komandanın "Mançester Yunayted" olduğuna inana bilmirəm. Luk Şou başla oynayır, daha sonra dərhal irəliyə qaçır... Maquayr? Dünya səviyyəli bir oyunçu necə belə müdafiə oluna bilər? Qapıçıya gəlincə, ondan artıq bezmişəm.
De Xeanı fasilədəcə cəzalandırardım. Sonun başla zərbəsindən sonra etdiyi seyv? Bu, MY səviyyəsində olan biri üçün normal qurtarışdı. De Xea mənim gördüyüm, insanlar tərəfindən ən çox "şişirdilmiş" qapıçıdı.
Heyrət içindəyəm. Mən olsam, oyundan sonra Maquayr və de Xeanı komandanın avtobusuna belə buraxmazdım. Qoy, taksi ilə Mançesterə getsinlər. Biz "ilk dördlük" uğrunda mübarizə aparırıq, çempionluq yox... Belə oyuna görə onlar utanmalıdırlar".
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol