"Sevilya" - "Barselona" oyununda (0:0) birinci hissənin sonlarında komandalar arasında gərginlik yaşanıb.
Fanat.Az xəbər verir ki, "Barselona"nın kapitanı Lionel Messinin "Sevilya"nın müdafiəçisi Dieqo Karlosu itələməsindən sonra ara qarışıb. Braziliyalı futbolçunun öncəki oyun epizodunda sərt oynaması Leonu özündən çıxarıb.
Matçın baş hakimi Xose Luis Qonsales Fernando və Serxio Busketsə sarı vərəqə göstərib. Messi və Karlos cəzalandırılmayıb.