İspaniya La Liqasında baş məşqçi istefası reallaşıb.
Fanat.Az xəbər verir ki, "Betis" klubu baş məşqçisi Xoan Rubi ilə yollarını ayırıb. Buna səbəb La Liqanın XXX turunda "Atletik"ə 0:1 hesablı səfər məğlubiyyəti olub. 50 yaşlı mütəxəssisi mövsümün sonunadək idman direktoru Aleksis Truxilyo əvəzləyib.
Qeyd edək ki, Truxilyo 7 mövsüm ərzində "Betis" forması ilə 264 matçda iştirak edib. O, 2016/17 mövsümündə də son 2 matçda komandanın sükanı arxasında olub.
Onu da qeyd edək ki, 30 oyundan sonra 30 xalla 14-cü yerdə gedən "Betis" növbəti turda "Levante"nin qonağı olacaq. Oyun iyunun 28-də keçiriləcək.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol