Zaqreb "Dinamo"su növbəti dəfə ölkə çempionu olub.
Fanat.Az xəbər verir ki, dünən - iyunun 21-də Xorvatiya çempionatının 30-cu turu başa çatıb. "Qoritsa" ilə 0:0 hesablı heç-heçə edən paytaxt təmsilçisinin qazandığı 1 xal istəyinə çatmasına bəs edib.
Sona 6 tur qalmış ən yaxın izləyicisi "Lokomotiva" ilə xal fərqini 19-a yüksəldən lider 21-ci dəfə çempionluq sevinci yaşayıb. Bu titullardan 14-nün son 15 ildə qazanılması isə ayrıca vurğulanmalıdı.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol