"Marsel" maliyyə feyr-pleyi qaydalarını pozduğuna görə UEFA tərəfindən cəzalandırılıb.
Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, "Marsel" 3 milyon avro dəyərində cərimələnib. Bununla yanaşı, komandanın ÇL üçün nəzərdə tutulmuş iştirak ərizəsi 25 oyunçu əvəzinə, 23 nəfərlə məhdudlaşdırılıb.
"Marsel" yarımçıq dayandırılmış Liqa 1 mövsümünü ikinci tamamlayaraq birbaşa Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmışdı.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol