"Qəbələ" klubunun futbolçusu İviça Juniç Azərbaycanı tərk edib.
Fanat.Az-ın məlumatına görə, bu barədə 32 yaşlı müdafiəçi "Facebook" səhifəsində paylaşım edib.
Xorvatiyalı müdafiəçi hazırda hava limamında olduğunu və Avstriyaya yollandığını bəyan edib.
Qeyd edək ki, İviça Juniç 2019-cu ilin avqustunda "Qəbələ"yə keçib. Onunla əyalət təmsilçisi ilə müqaviləsi başa çatıb.
Fanat.Az