Millimizin futbolçusu Eddi İsrafilovun komandası "Albasete" yoxlama görüşündə qüvvəsini sınayıb.
Fanat.Az xəbər verir ki, İspaniya təmsilçisi Sequndada çıxış edən "Kastelyon"la qarşılaşıb.
Matç 1:1 hesabı ilə yekunlaşıb.
Baş məşqçi Lukas Alkaras 28 yaşlı yarımmüdafiəçiyə start heyətdə şans verib. İsrafilovla birlikdə digər 10 oyunçu fasilədə əvəzlənib.
Qeyd edək ki, Eddi İsrafilov Azərbaycan millisinin təlim-məşq toplanışında iştirak etmir. O, koronavirus səbəbindən İspaniyadakı vəziyyətin gərgin olduğunu bildirib və Bakıya gələ bilməyəcəyi üçün yığmanın baş məşqçi Canni De Byaziyə müraciət edib.
Xatırladaq ki, Azərbaycan millisi sentyabrın 5-də Bakıda Lüksemburq, 3 gün sonra isə səfərdə Kiprlə qarşılaşacaq.
Fanat.Az