"Mançester Siti" "Barselona"nın ulduz futbolçusu Lionel Messiyə 5 illik müqavilə təklif edir.
Fanat.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Xəbərə görə, Messi ingilis klubuna keçəcəyi təqdirdə 500 milyon avro qazanacaq. Beləcə 33 yaşlı argentinalı ilinə 50 milyon avro maaş alacaq.
O da qeyd olunur ki, Messinin keçidinin baş tutacağı təqdirdə, o, 3 il İngiltərə Premyer Liqada oynadıqdan sonra, 2023/24-cü illər mövsümünü "Nyu-York Siti"də keçirəcək.
Qeyd edək ki, "Barselona" Lionel Messinin transferi üçün "Mançester Siti"dən 280 milyon avro tələb edir.
Fanat.Az