"Sevilya"nın futbolçusu Munir El-Haddadidə koronavirusa yoluxub.
Fanat.Az xəbər verir ki, bu barədə İspaniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, ispan hücumçudan götürülən analizin nəticəsi müsbət çıxıb.
Karantinə alınan 25 yaşlı forvardın özünü yaxşı hiss etdiyi və xəstəliyi simptomsuz keçirdiyi bildirilib. Sabah oyunçular və məşqçilər yenidən testdən keçiriləcəklər.
Qeyd edək ki, Munir 2019/2020 mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsinin I turunda "Qarabağ"la Bakıda keçirilən görüşdə (3:0) Ağdam klubunun qapısına qol vurub.
Fanat.Az